Salam olsun...

           

            Azərbaycan diyarından,
Turan elə salam olsun.
Türk birliyin hey səsləyən,
Birlik dilə salam olsun.

Türkmən eldən yan keçmərik,
Kazak, Uyğur biz seçmərik,
Əqidə var, and içmərik
Muğan-Milə salam olsun.

Kəpəz dağdan Ağrı dağa,
Bağçasaray gözəl bağa,
Turan eldə hər yaylağa,
Gülə-gülə salam olsun.

Əmir Teymur yurd elinə,
Tatar, Macar Türk dilinə,
Turan elin hər gülünə,
Sevdam ilə salam olsun.

Tanrı dağla Xəzərlərə,
Düşmən bağrın üzərlərə,
Türklük eşqlə gəzərlərə,
Bərkdən söylə salam olsun.

Qırğız, Çərkəz, Rumun Türküm,
Boylarımdır bircə köküm,
Türk adında birlik yüküm,

Sizə bel

Məmmədov Bayram



.